BAYRAQDAR MEDİA – Bakı milli ənənələrin rəngarəngliyi ilə canlanıb. Qız qalasından “Kəlağayı” adlı rəngarəng yürüş keçirilib. Yürüşdə ictimai təşkilatların nümayəndələri və Azərbaycanın mədəni irsinə dəyər verən şəxslər iştirak edilər.
Milli geyimlərdə olan iştirakçılar İçərişəhər – Fəvvarələr meydanı – Bakı bulvarı marşrutu ilə hərəkət edərək paytaxt sakinlərinin və qonaqların diqqətini cəlb ediblər. Onlar yoldan keçənlərlə şəkil çəkdirb, insanlara təbəssüm bəxş edib, mahnılar ifa edir və şəhər gəzintisini əsl milli mədəniyyət bayramına çeviriblər.
Aksiyanın əsas məqsədi ənənəvi Azərbaycan qadın baş örtüyü olan kəlağayının təbliğidir. Kəlağayı milli geyimin bir hissəsi olmaqla yanaşı, gözəlliyin, milli özünəməxsusluğun və nəsillər arasında varisliyin rəmzidir.






İlk şərhi yaza bilərsiniz