BAYRAQDAR MEDİA – Oktyabrın 16-da Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı başlayacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.
Xəbərdə qeyd edilir ki, “12 gün davam edəcək mundiala Azərbaycan millisi 9 idmançı ilə qatılacaq. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək. Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək”.
Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.






İlk şərhi yaza bilərsiniz