Press "Enter" to skip to content

Azərbaycan güləşçisi dünya ikincisi olub

Azərbaycan güləşçisi dünya ikincisi olub

BAYRAQDAR MEDİA – ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə deyilir ki, “ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib. Elmir Əliyev (60 kq) finalda qazaxıstanlı Aybek Aytbekovla güləşib. Rəqibinə 4:12 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb. Məhəmməd Şükürzadə (67 kq) ilk təsəlliverici görüşdə qazaxıstanlı Tolegen Amirxanova 5:2 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici qarşılaşmada gürcüstanlı Anri Xozrevanidzeyə məğlub olub – 2:7. Fərid Xəlilov (72 kq) təsəlliverici görüşdə moldovalı Vasile Zabikanı “tuş”la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli İbrahim Özdəmirlə (0:10) bacarmayıb və U23 dünya çempionatını 5-ci pillədə başa vurub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.