Press "Enter" to skip to content

Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu olacaq

Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu olacaq

BAYRAQDAR MEDİA – 16–17 oktyabr tarixlərində Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə qeyd olunur ki, “Forumun keçirilməsində məqsəd Azərbaycan ilə Özbəkistan arasında ali təhsil və elm sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, ali təhsil müəssisələri arasında institusional tərəfdaşlığın genişləndirilməsi, akademik və elmi əlaqələrin möhkəmləndirilməsi, həmçinin birgə elmi tədqiqatların, innovasiya təşəbbüslərinin və təhsil layihələrinin həyata keçirilməsi üçün yeni imkanların yaradılmasıdır”.

Tədbirdə Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə universitet–sənaye əməkdaşlığı, elmi tədqiqatların praktiki tətbiqi və beynəlxalq akademik tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.