BAYRAQDAR MEDİA – Avrasiya Türk Dərnəkləri Federasiyasının sədri İsmail Cengiz Azərbaycanda məktəblərdə geyim qaydaları ilə bağlı tənzimləmə və bu məsələ ətrafında Türkiyədə səsləndirilən fikirlər barədə yenicaggazetesi.com-a münasibət bildirib.
Cengiz Türkiyə ilə Azərbaycan arasındakı strateji və qardaşlıq münasibətlərinin zədələnməməsinin vacibliyini vurğulayaraq iki ölkənin tarixi, geosiyasi və təhlükəsizlik şəraitinin fərqli olduğunu deyib.
İki ölkə arasındakı dostluq və müttəfiqlik münasibətlərinə xələl gətirməyə yönələn hər cür niyyət və fəaliyyətin fərqində olduqlarını bildirən İsmail Cengiz hökumətin daha həssas və qoruyucu siyasət yürütməsinin vacibliyini vurğulayıb.
O, Türk respublikalarının öz şəraiti və maraqları nəzərə alınmaqla qiymətləndirilməli olduğunu bildirib. Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən etiraz aksiyalarını yanlış və üzücü hesab edən Cengiz, Bakıda Türkiyə nümayəndəliyi qarşısında analoji aksiyalara icazə verilməyəcəyini qeyd edib. O, iki ölkə arasındakı qardaşlıq əlaqələrini hədəfə alan təxribatlara qarşı diqqətli olmağa və belə aksiyalara yol verməməyə çağırıb: “Hazırda qardaşlıq münasibətlərini baltalamağa yönələn intensiv cəhdlər var. Bunun arxasındakı niyyətləri bilirik. Hökumət olaraq qardaşlıq münasibətlərimizi baltalamağa çalışan hər cür təxribat xarakterli hərəkətə və bu hərəkətləri həyata keçirən şəxslərə qətiyyən imkan verməməliyik”.






İlk şərhi yaza bilərsiniz