Press "Enter" to skip to content

İtaliya nümayəndə heyəti Azərbaycanda

İtaliya nümayəndə heyəti Azərbaycanda

BAYRAQDAR MEDİA – Bakıda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən “Axtarış və xilasetmə sahəsində ekspert görüşü” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “görüşdə iştirak etmək üçün İtaliya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu Azərbaycana səfər edib. Səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edərək silahlanmada olan aviasiya vasitələri, uçuş avadanlıqları, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti və xidmət şəraiti ilə tanış olublar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.