Press "Enter" to skip to content

Kayak və kanoeçilərin beynəlxalq yarışda uğuru

Kayak və kanoeçilərin beynəlxalq yarışda uğuru

BAYRAQDAR MEDİA – Gürcüstanın Mtsxeta şəhərində təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Su İdmanı Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “”Mtsxeta Şəhəri Günü” münasibətilə keçirilən yarışda sözügedən Federasiyanın idmançıları 4 medala sahib olublar. Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik kanoe qayığında 200 metr məsafədə üçüncü yer tutublar. Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı həmkarı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb. Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də fəxri kürsünün ikinci pilləsinə qalxıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.