BAYRAQDAR MEDİA – Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SOMDA-dan daxil olub.
Xəbərdə bildirilir ki, “müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Bakı və Sumqayıt şəhərlərində, respublikanın Abşeron, Hacıqabul, Ucar, Zərdab, Ağdaş, Göyçay, Goranboy, Yevlax, Bərdə və Şəmkir rayonlarında qeydiyyatda olmaqla yaşayan, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycanınn kişi cinsli vətəndaşları iştirak edə bilərlər”.
Ardınca xəbərdə “həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bəzi hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək” deyə qeyd edilir.
Agentliyə xidmətə qəbul üçün fiziki hazırlıq üzrə nəzərdə tutulan minimal normativlər:
S/S
Hərəkətin növü
Məqbul
1. 100 m. məsafəyə qaçış (saniyə) 14.0
2. 1000 m. məsafəyə qaçış (dəqiqə, saniyə) 4.00
3. Turnikdə dartınma: 12
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə kadr@somda.gov.az ünvanına SOMDA-nın Kadrlar Baş İdarəsinə nə göndərməlidirlər.
Vurğulanır ki, yalnız qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşlar müraciət etməlidir, digər halda qəbul edilməyəcək.






İlk şərhi yaza bilərsiniz