BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) müəssisələrində qazilər səmərəli reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlər müsbət nəticəsini verir. Son iki aya yaxın dövrdə müharibə ilə əlaqədar əlilliyi olan daha 120-dən çox şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub. Tarixi Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar”.
Hazırda digər qazilərin reabilitasiyası istiqamətində işlər davam etdirilir.






İlk şərhi yaza bilərsiniz