BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin (ATÜ) doqquz layihəsi BMT-nin İqlim Dəyişikliyi Konfransı COP31 çərçivəsində Yüksəköğretim Şurasının (YÖK) pavilyonunda nümayiş etdirilmək hüququ qazanıb. Layihələr davamlı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma və ətraf mühitin qorunması istiqamətlərini əhatə edir.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, universitetin rektoru professor Adnan Sözen bu nəticəni akademik heyətin və tələbələrin elmi fəaliyyətinin uğuru kimi qiymətləndirib. Seçilmiş layihələr arasında iqlimə davamlı şəhərsalma, alternativ zülal mənbələri, gənclərin ekoloji təşəbbüsləri, kənd təsərrüfatı tullantılarından faydalı məhsulların hazırlanması, davamlı qastronomiya və turizmin iqlim dəyişikliyinə uyğunlaşdırılması mövzuları yer alır.
Rektor universitetin iqlim böhranına qarşı elmi həllər hazırlamağa davam edəcəyini bildirib.






İlk şərhi yaza bilərsiniz