BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin 12 akademiki Stanford Universiteti və Elsevier tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib. Təxminən 7 milyon alimin elmi fəaliyyətinin araşdırıldığı qiymətləndirmədə dünyanın ən nüfuzlu 2 faizlik qrupuna daxil olan tədqiqatçılar müəyyənləşdirilib.
Universitetin rektoru professor Adnan Sözen, professor Haşim Kelebek, professor Adem Ersoy, professor Hasan Kurtaran, professor Önder Tutsoy və professor Faraz Afshari karyera boyu elmi təsir kateqoriyasında yer alıblar. 2025-ci il üzrə elmi təsir kateqoriyasına isə rektor Adnan Sözenlə yanaşı, Haşim Kelebek, Faraz Afshari, Osman Sivrikaya, Önder Tutsoy, Erinç Uludamar, Yasin Kaya, Turaç Farsadi, Onur Güven və Özgür Çelik daxil olublar.
Rektor Adnan Sözen uğuru universitetin elmi potensialının və akademik heyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirib.






İlk şərhi yaza bilərsiniz