BAYRAQDAR MEDİA – Atatürk Universitetinin 49 tədqiqatçısı Stanford Universitetinin iştirakı ilə hazırlanan və Elsevier tərəfindən yayımlanan 2026-cı il “Dünyanın ən nüfuzlu alimləri” siyahısında yer alıb. Onlardan 24-ü karyera boyu, 39-u isə illik elmi təsir kateqoriyasında qiymətləndirilib, 14 tədqiqatçı hər iki kateqoriyaya daxil olub.
Açıqlanan nəticələr universitetin beynəlxalq elmi təsirini və müxtəlif sahələrdəki tədqiqat potensialını nümayiş etdirib. Rektor professor Ahmet Hacımüftüoğlu bu uğuru universitetdə formalaşmış güclü elmi mühitin və davamlı tədqiqat fəaliyyətinin göstəricisi kimi qiymətləndirib. O, tədqiqat infrastrukturunun gücləndirilməsi, fənlərarası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq elmi tərəfdaşlıqların artırılmasının davam etdiriləcəyini bildirib.






İlk şərhi yaza bilərsiniz