Azərbaycan, Özbəkistan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilb
BAYRAQDAR MEDİA – Oktaybrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovun və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə üçtərəfli görüş keçirilib.
Bu barədə XİN-in məlumatında qeyd edilib.
Bildirilib ki, görüşdə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında qardaşlıq və dostluq və münasibətlərinin mövcud vəziyyəti və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan, Özbəkistan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasının regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.
Görüş zamanı nəqliyyat və tranzit bağlantılarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.






İlk şərhi yaza bilərsiniz