Press "Enter" to skip to content

AQTA sədri “Avrora” MMC-nin fəaliyyəti ilə tanış olub

AQTA sədri “Avrora” MMC-nin fəaliyyəti ilə tanış olub

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Abşeron rayonunda yerləşən “Avrora” MMC-nin fəaliyyəti ilə tanış olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “AQTA sədrinə müəssisənin istehsal potensialı, texnoloji imkanları və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Q.Təhməzli müəssisənin unlu qənnadı məmulatlarının istehsalı və emalı sahələrinə, həmçinin texnoloji xətlərə baxış keçirib. Baxış zamanı istehsal prosesində qida təhlükəsizliyi tələblərinə riayət olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət, eləcə də laboratoriya müayinələrinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.