Press "Enter" to skip to content

Fırat Universiteti Türkiyə üzrə dördüncü olub

BAYRAQDAR MEDİA – Fırat Universitetinin 48 akademiki karyera boyu, 46 akademiki isə 2025-ci il üzrə elmi təsir kateqoriyasında “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib. Stanford Universitetinin alimlərinin iştirakı ilə hazırlanan və Elsevier-in Scopus məlumatlarına əsaslanan siyahıda universitet hər iki kateqoriyada Türkiyə üzrə dördüncü yeri tutub.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, karyera boyu elmi təsir kateqoriyasında İstanbul Texniki Universiteti 89, Hacettepe Universiteti 56, Orta Doğu Texniki Universiteti 50, Fırat Universiteti isə 48 alimlə ilk dörd yerdə qərarlaşıb. 2025-ci il üzrə kateqoriyada da Fırat Universiteti 46 alimlə dördüncü olub. Rektor professor Fahrettin Göktaş bu nəticəni universitetin güclü akademik heyətinin və tədqiqat fəaliyyətinin göstəricisi adlandıraraq alimləri təbrik edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.