BAYRAQDAR MEDİA – 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual sərgi hazırlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “virtual sərgidə Müstəqillik Günü haqqında Qanun, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi yolda Ümummilli Lider Heydər Əliyevin mühüm rolu, Prezident İlham Əliyevin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin artırılmasına, beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə verdiyi töhfə, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi, dövlətçilik ənənələrinin qorunması və müstəqil Azərbaycanın inkişaf mərhələləri öz əksini tapıb”.
Sonra xəbərdə, “sərgidə Azərbaycanın müstəqillik tarixini, milli dövlətçilik ideyalarının formalaşmasını, ölkənin siyasi, iqtisadi və mədəni inkişafını əks etdirən nəşrlər nümayiş olunur. Bunlardan “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, “Müstəqil Vətənin memarı”, “Müstəqil dövlətimiz və parlamentimiz”, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır”, “Müstəqilliyin çətin yolu, reallıqlar, düşüncələr”, “Müstəqilliyə gedən yol”, “Müstəqil Azərbaycan”, “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” və başqalarını qeyd etmək olar” deyə bildirilir.
Qeyd edək ki, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İki həftə davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Virtual sərgi ilə linkdən tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz