BAYRAQDAR MEDİA – Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxt ərazisində yeni işıqforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud işıqfor obyektləri və dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya NİİM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görülən işlər çərçivəsində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində yeni işıqforlar quraşdırılıb. Qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb”.
Sonra xəbərdə, “nəticədə kəsişmədə 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb. Bununla da Atatürk və Ziya Bünyadov prospektləri, habelə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişməyə daxil olması daha təhlükəsiz olub. Eyni zamanda, piyadaların da kəsişmədə nizamlı hərəkəti təmin olunub” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz