BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri arasında “Qəhrəmanlarımızı tanıyaq” adlı intellektual yarış təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə münsiflər heyətinin üzvü qismində Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev də iştirak edib. Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan yarışda 1, 2, və 3 saylı Uşaq evlərinin sakinlərindən ibarət 4 komanda iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb”.
Ardınca xəbərdə, “iştirakçılar 44 günlük Vətən müharibəsi, Azərbaycanın tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı sualları cavablandırıblar. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda komandalar dünyagörüşü və biliklərini nümayiş etdiriblər. “Tarixin varisləri” komandası ən çox suala düzgün cavab verərək birinci yerə layiq görülüb. Sonda qalib komandanın üzvlərinə sertifikat və mükafatlar təqdim olunub” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz