Press "Enter" to skip to content

YDÜ turizm sektoruna davamlılıq təlimi keçirib

BAYRAQDAR MEDİA – KKTC-nin Yakın Doğu Universitetinin Turizm fakültəsi Elexus Hotel-də “Otel müəssisələrində davamlılıq və Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası” mövzusunda peşəkar təlim təşkil edib. Fakültənin dekanı professor Nesrin M. Bahçelerlinin apardığı təlimdə otelin müxtəlif şöbələrinin məsul şəxsləri iştirak ediblər.

Təlimdə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin turizm sektorunda tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin qorunması və sosial məsuliyyət məsələləri müzakirə olunub. İştirakçılara davamlılıq prinsiplərinin gündəlik iş proseslərinə inteqrasiyası və müəssisələrdə ekoloji məsuliyyət mədəniyyətinin gücləndirilməsi barədə məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.