Press "Enter" to skip to content

Yılmaz Büyükerşenin həyatı haqqında daha bir kitab nəşr olunub

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsinin əvvəlki sədri professor Yılmaz Büyükerşenin həyatı haqqında yeni bioqrafik kitab oxuculara təqdim edilib. Kıbrıs Aydın Universitetinin Sağlamlıq Elmləri fakültəsinin müəllimi professor Nedime Köşgeroğlu tərəfindən yazılan “Professor Yılmaz Büyükerşen: Özümə bir şəhər tikdim” adlı əsər Dorlion nəşriyyatı tərəfindən çap olunub.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Büyükerşenin həyatı bundan əvvəl də bir neçə kitaba mövzu olub. Həmin əsərlərdə onun şəxsi həyatı, akademik fəaliyyəti, Anadolu Universitetinin inkişafına töhfələri və Əskişəhərin dəyişdirilməsindəki rolu işıqlandırılıb. Yeni kitab da onun həyat yolunu və şəhərsalma fəaliyyətini oxuculara təqdim edən bioqrafik əsərlər sırasına qoşulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.