BAYRAQDAR MEDİA – İğdır Universiteti ilə Azərbaycan Dillər Universitetinin əməkdaşlığı çərçivəsində “Qafqaz – dillərin və mədəniyyətlərin qovşağı: tarixi perspektivlər” adlı seminar təşkil olunub. Azərbaycan Dillər Universitetinin ev sahibliyi etdiyi tədbir “Türk dili və ədəbiyyatının tədrisi üzrə IV Beynəlxalq Simpozium” çərçivəsində keçirilib.
Seminarda Qafqazın zəngin mədəni quruluşu, Türkiyə, Azərbaycan və region ölkələri arasındakı tarixi əlaqələr, eləcə də mədəni diplomatiya məsələləri müzakirə olunub. Zəngəzur dəhlizi vasitəsilə yaranan regional əməkdaşlıq imkanlarına və strateji perspektivlərə də diqqət yetirilib.
Tədbir İğdır Universitetinin Qafqaz Araşdırmaları Mərkəzi ilə Azərbaycan Dillər Universitetinin müvafiq fakültə və kafedralarının birgə təşkilatçılığı ilə keçirilib. Seminarda çıxış edən mərkəzin rəhbəri, dosent Aynur Beşkonak Qafqazın tarixi-mədəni irsi, dil müxtəlifliyi və Türkiyə ilə əlaqələri barədə təqdimat edib. Proqram iki ölkə arasındakı akademik və mədəni münasibətlərin möhkəmləndirilməsinə töhfə verib.






İlk şərhi yaza bilərsiniz