BAYRAQDAR MEDİA – Türkiyənin Naxçıvandakı baş konsulu vəzifəsinə təyin olunan Ali Sevimə İğdır valisi M. Fırat Taşolar və onu müşayiət edən nümayəndə heyəti tərəfindən xeyir-dua ziyarəti həyata keçirilib.
Bu barədə yesiligdir.com saytı məlumat yayıb.
Bildirilib ki, ziyarətdə vali müavinləri Ahmet Nuri Demir və Burak Yılmaz, Jandarma Alay Komandanı briqada generalı Zafer Özden, vilayət polis müdiri Eraslan Er və Karakoyunlu rayonunun kaymakamı İlhan Kayaş iştirak ediblər.
Vali Taşolar Ali Sevimi yeni vəzifəsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz