BAYRAQDAR MEDİA – “Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat veirlib.
Bildirilib ki, qonaqlara açıq hava muzeyi və parkdakı eksponatlar, o cümlədən tanklar, artilleriya qurğuları və döyüş zamanı qənimət götürülmüş digər ağır silahlar haqqında ətraflı məlumat verilib.
Ziyarətçilər Hərbi Qənimətlər Parkını gəzərək şanlı Zəfər tariximizi və Azərbaycan əsgərinin rəşadətini bir daha böyük qürur hissi ilə yad ediblər.






İlk şərhi yaza bilərsiniz