Press "Enter" to skip to content

QHT Agentliyinin əməkdaşları üçün master-klasslar təşkil olunub

Xatirə fotosu

BAYRAQDAR MEDİA – Lənkəranda keçirilən “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” çərçivəsində QHT Agentliyinin heyəti üçün master-klasslar təşkil olunub.

Öncə Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva əməkdaşların səriştəliliyinin, QHT-lərlə iş sahəsində bilik və bacarıqlarının davamlı şəkildə artırılmasının əhəmiyyətinə toxunub.

Daha sonra QHT Agentliyinin Müşahidə Şurasının sədri, kulturoloq-alim, professor Fuad Məmmədov “QHT-lərlə iş etikası: yüksək mədəniyyətli insan və vətəndaş cəmiyyəti”, Müşahidə Şurasının üzvü, millət vəkili Rizvan Nəbiyev “QHT-lər ictimai diplomatiyada: yeni reallıqlar və perspektivlər” mövzularında əməkdaşlar üçün master-klasslar keçiblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.