BAYRAQDAR MEDİA – 20 oktyabr Energetiklər Günü ilə əlaqədar Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin birgə iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya çərçivəsində 1 hektar ərazidə 625 ədəd şam və zeytun ağacı tingləri əkilib. Aksiyada Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin rəhbər və kollektiv heyəti, həmçinin ekokönüllülər iştirak edib”.
Bildirək ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyətin təşviq edilməsi, atmosferin çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadəyə diqqətin yönəldilməsidir.






İlk şərhi yaza bilərsiniz