Press "Enter" to skip to content

Erciyes Universiteti üç mükafat əldə edib

BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Kommunikasiya fakültəsi TRT tərəfindən təşkil olunan 2026-cı il “Gələcəyin kommunikatorları” müsabiqəsində üç mükafat qazanıb. Müsabiqəyə altı layihə və doqquz tələbə ilə qatılan fakültə bir üçüncülük mükafatına və iki TRT xüsusi mükafatına layiq görülüb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, ictimaiyyətlə əlaqələr və tanıtım ixtisasının tələbələri Hafize Tekden və Fadime Patatın hazırladığı “Mən yaratdım, yoxsa biz?” layihəsi kommunikasiya kampaniyası kateqoriyasında üçüncü yeri tutub. Eyni ixtisasın məzunları Büşra Doğan və Emirhan Bozun “Səssiz hədd” layihəsi rəqəmsal yayım və podkast kateqoriyasında TRT xüsusi mükafatını qazanıb.

Radio, televiziya və kino ixtisasının tələbəsi Yalda Khani isə radio yayımı və radio tamaşası kateqoriyasında xüsusi mükafata layiq görülüb. Mükafatlandırma mərasimi Ankarada, Milli Təhsil Nazirliyinin Şura salonunda keçirilib və tədbirdə universitetin rektoru professor Fatih Altun da iştirak edib.

Rektor tələbələrin və məzunların milli səviyyədə qazandıqları uğurlardan məmnunluğunu ifadə edərək layihələrdə əməyi olanları təbrik edib. Kommunikasiya fakültəsinin dekanı professor Mustafa Akdağ isə bu nəticələrin nəzəri biliklərin yaradıcılıqla birləşdirildiyi, praktiki fəaliyyətə əsaslanan təhsil modelinin uğurunu göstərdiyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.