Press "Enter" to skip to content

MEK-dən İstanbulun Rami Kitabxanasında “Azərbaycan bölməsi”nin yaradılmasına dəstək

MEK-dən İstanbulun Rami Kitabxanasında “Azərbaycan bölməsi”nin yaradılmasına dəstək

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında Rami Kitabxanasında ötən ay fəaliyyətə başlayan “Azərbaycan bölməsi”nin yaradılmasında MEK yaxından iştirak edib. MEK tərəfindən Azərbaycanın qədim və zəngin tarixini, dövlətçilik ənənələrini, çoxəsrlik mədəni irsini, ədəbiyyatını, incəsənətini, musiqisini, görkəmli şəxsiyyətlərini və müasir inkişafını əks etdirən çoxsaylı ədəbiyyat “Azərbaycan bölməsi”nə təqdim olunub”.

Daha sonra xəbərdə, “qeyd edək ki, MEK ilə Rami Kitabxanası arasında imzalanmış “Qardaş Kitabxanalar Anlaşma Memorandumu” elmi, informasiya və mədəni əlaqələrin inkişafı, kitabxana sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Artıq fəaliyyət göstərən “Azərbaycan bölməsi” Azərbaycan haqqında elmi və mədəni məlumatların Türkiyədə daha geniş auditoriyaya çatdırılmasına, iki ölkənin kitabxanaları arasında əlaqələrin möhkəmləndirilməsinə və milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.