Press "Enter" to skip to content

Mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub – VİDEO

Mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb. Xəstəyə Bentall əməliyyatı icra olunub. Əməliyyat zamanı aortal qapaq protezləşdirilib, aort kökü və qalxan aorta protez damar ilə əvəzlənib, tac arteriyalar yeni protez damara birləşdirilib. Hazırda hərbi qulluqçunun vəziyyəti qənaətbəxşdir. O, özünü yaxşı hiss edir və həkim nəzarəti altında bərpa prosesini davam etdirir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.