BAYRAQDAR MEDİA – Çanakkale On Səkkiz Mart Universitetinin Ailə və Qadın Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkil etdiyi universitetlərin müvafiq mərkəzlərinin toplantısında iştirak edib.
Nazir müavini doktor Sevim Sayım Madakın qatıldığı görüşdə universitetlərdə ailə və qadın araşdırmaları üzrə fəaliyyət göstərən mərkəzlərin nümayəndələri bir araya gəliblər. Toplantıda mövcud işlərin qiymətləndirilməsi, qurumlararası əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin hazırlanması imkanları müzakirə olunub.
Universiteti tədbirdə mərkəzin direktoru, dosent Hicran Özlem Ilgın təmsil edib. Görüş ailə və qadın araşdırmaları sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz