Press "Enter" to skip to content

Bakıda Türkiyə-Azərbaycan Dostluq Konserti keçirilib

Konsert zamanı

BAYRAQDAR MEDİA – Bakıda təşkil olunan Türkiyə-Azərbaycan Dostluq Konserti iki qardaş ölkənin sənətçilərini eyni səhnədə bir araya gətirib. Oktyabrın 19-da Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçirilib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Türkiyədən fleyta ifaçısı Lelya Bayramoğulları və Azərbaycandan pianoçu Nərmin İsgəndərova çıxış ediblər. Sənətçilərin birgə ifası iki ölkə arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində təzahürü kimi yadda qalıb.

Konsert maraqla qarşılanıb
Konsert maraqla qarşılanıb

Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin koordinatoru Gökhan Seyhan tədbirlə bağlı çıxışında Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ortaq tarixə və mədəni dəyərlərə əsaslandığını bildirib. O, bu əlaqələrin möhkəmləndirilməsində incəsənətin mühüm rol oynadığını vurğulayıb.

Yunus Emre İnstitutunun mədəni diplomatiya fəaliyyəti çərçivəsində təşkil edilən konsert Türkiyə ilə Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı, eləcə də iki qardaş xalq arasında mənəvi bağların daha da gücləndirilməsi baxımından əhəmiyyətli hadisə olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.