Press "Enter" to skip to content

Dünya çempionatında iştirak edəcək milli komandaların heyəti açıqlanıb

Dünya çempionatında iştirak edəcək milli komandaların heyəti açıqlanıb

BAYRAQDAR MEDİA – Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada ilin son və ən mötəbər yarışı böyüklərin dünya çempionatı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə deyilir ki, “oktyabrın 19-da AGF-nin təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev iştirak edib.

Görüşdə milli komandaya uğurlar arzulanıb və yarışda Azərbaycanı təmsil edəcək güləşçilərin adları açıqlanıb. Oktyabrın 20-də isə Quba Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə milli komandanın üzvləri ilə görüş keçirilib. Tədbirdə iştirak edən N.Abdullayev, F.Mansurov və P.Piriyev komandaya uğurlar arzulayıb və heyət açıqlanıb. Mundialda Azərbaycanı 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası başlayacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək”.

Sonra xəbərdə, “daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında gücünü sınayacaq. Çempionatın son günlərində isə sərbəst güləşçilərimiz xalçaya çıxacaq. Millinin baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) qələbə uğrunda mübarizə aparacaq” deyə diqqətə çatdırılır.

“Barıs Arena”da keçiriləcək yarışda gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 09:30-da, axşam seansının görüşləri isə 17:00-da başlayacaq.

Qeyd edək ki, I-S dərəcəli referilərimiz Asif Şirəliyev və Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.