Səhiyyə Nazirliyi ilə QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il oktyabr ayının 20-də başlanacaq. Müraciət üçün son tarix 2026-cı il noyabrın 10-udur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Müsabiqə barədə daha ətraflı bu link vasitəsilə öyrənmək olar.






İlk şərhi yaza bilərsiniz