Press "Enter" to skip to content

Ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət

Ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət

BAYRAQDAR MEDİA – Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) aidiyyəti qurumlarla birgə növbəti dəfə «Təmiz hava» aylığına başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.

Xəbərdə bildirilir ki, “preventiv əhəmiyyət kəsb edən sözügedən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil. Həm də sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır”.

Sözügedən İdarə cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edib, eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.