Press "Enter" to skip to content

İşğaldan azad edilmiş ərazilərdə davamlı addımlar atılır

Daha 105 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar qurulub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Nazirlidkən bildirilib ki, bu dəfə Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə proqram çərçivəsində aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar qoyunçuluq üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.