Press "Enter" to skip to content

Hərbi Tibb Fakültəsində “Tibbi ingilis dili” kursu keçirilir

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Tibbi ingilis dili” kursunun ikinci modulu keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə döyüş meydanında tibbi ingilis dilinin istifadəsi, tapşırıqların düzgün təşkili və xüsusilə verbal (şifahi) ünsiyyət olmadan icrası, taktiki döyüş şəraitində həyat xilas etmək mövzuları ilə bağlı ətraflı məlumat verilib.

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə iştirakçıların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan kurs oktyabrın 24-dək davam edəcək. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Tibbi ingilis dili” kursunun ikinci modulu keçirilir.

DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə döyüş meydanında tibbi ingilis dilinin istifadəsi, tapşırıqların düzgün təşkili və xüsusilə verbal (şifahi) ünsiyyət olmadan icrası, taktiki döyüş şəraitində həyat xilas etmək mövzuları ilə bağlı ətraflı məlumat verilib.

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə iştirakçıların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan kurs oktyabrın 24-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.