Press "Enter" to skip to content

Azərbaycana yeni birbaşa uçuşların açılması ilə bağlı danışıqlar

Azərbaycana yeni birbaşa uçuşların açılması ilə bağlı danışıqlar

BAYRAQDAR MEDİA – Oktyabrın 21–23-də Almaniyanın Frankfurt şəhərində beynəlxalq uçuş şəbəkələrinin inkişafı üzrə dünyanın aparıcı aviasiya forumlarından biri olan “Routes World 2026” keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Hava Yollarının (AZAL) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Routes” tərəfindən təşkil edilən tədbir aviaşirkətləri, hava limanlarını və turizm qurumlarını yeni marşrutların planlaşdırılması və strateji tərəfdaşlıqların qurulması üçün bir araya gətirir. Builki forumda 230-dan çox aviaşirkət və 110-dan artıq ölkədən nümayəndələr iştirak edirlər. Forumda Azərbaycanı AZAL və Azərbaycan Turizm Bürosu (ATB) birgə təmsil edir. Tədbir çərçivəsində AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev, ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycan hava limanlarının rəhbərliyinin iştirakı ilə beynəlxalq aviadaşıyıcılarla bir sıra ikitərəfli görüşlər keçirilib. Danışıqlarda Azərbaycan hava limanlarından yeni birbaşa reyslərin açılması, ölkəyə yeni aviaşirkətlərin cəlb olunması və mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib”.

Daha sonra xəbərdə, “işgüzar görüş proqramına “Lufthansa Group”, “AirAsia Group”, “Air Serbia”, “Aegean Airlines”, “Etihad Airways”, “Transavia France”, “Malaysia Airlines”, “easyJet”, “Jazeera Airways”, “Oman Air”, “Wizz Air” və “VietJet Air” nümayəndələri ilə müzakirələr daxildir. Azərbaycanın aviasiya və turizm qurumlarının forumda birgə iştirakı beynəlxalq uçuş şəbəkəsinin inkişafı ilə ölkənin turizm potensialının təşviqini əlaqələndirməyə yönəlib. Əsas məqsəd Azərbaycanı daha çox beynəlxalq istiqamətlə birləşdirmək, sərnişinlərin birbaşa uçuş seçimlərini genişləndirmək və ölkəyə xarici turist axınının artmasını dəstəkləməkdir” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.