Press "Enter" to skip to content

Yeni İttifaq Dövləti gəlir: Qazaxıstan və Özbəkistan

Şavkat Mirziyoyev və Qasım-Jomart Toqayev

Son yeniləmə: 6 Dekabr 2021 14:05

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, dekabrın 6-da qardaş Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş Qazaxıstana səfər edib.

Özbəkistanla Qazaxıstan arasında mühüm sənədlər imzalanacaq

Səfər çərçivəsində dekabrın 7-də Ş.Mirziyoyevin Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ilə məhdud çevrədə görüşü olub. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Maraqlıdır ki, Qazaxıstan Prezidenti iki ölkə arasında İttifaq Bəyannaməsinin imzalanacağının xəbərini verib.

“Bu gün biz İttifaq münasibətləri haqqında Bəyannamə izlayacağıq. Bu, doğrudan da bizim münasibətlərimizin yeni mərhələsidir. Buna qədərsə strateji tərəfdaş prinsiplərinə söykənirdik. Hesab edirəm ki, bu gün imzalayacağımız sənədlər ölkələrimiz arasındakı münasibətlərə əlavə impuls verəcək. Həm də hökumətlərimizə tapşırıq vermişik ki, yaxın vaxtlarda ticarətin həcmini 3 milyard dollara, sonra isə 10 milyard dollara yüksəltməklə bağlı işlər görülsün. Bu, çox yüksək səviyyədir”, – deyə Qazaxıstan Prezidenti bildirib.

Xəbər bayraqdar.info-ya dekabrın 7-də Qazaxıstan Prezidentinin Administrasiyasından daxil olub.

Mission News Theme by Compete Themes.