Press "Enter" to skip to content

XX əsrdə insanlığın üz qarası

Osmaniyə Korkut Ata Universitetinin rektoru, Prof. Dr. Turqay Uzun

Son yeniləmə: 17 Fevral 2022 11:09

Osmaniyedə Xocalı soyqırmının qurbanları anılıb

Bayraqdar.info – Hər il olduğu kimi bu il də Xocalı soyqırımının ildönmü ilə əlaqədar dünyanın müxtəlif yerlərində tədbirlər keçirilir. Belə tədbirlərdən biri də fevralın 16-da qardaş Türkiyənin Osmaniye Korkut Ata Universitetində keçirilib.

Bu barədə bayraqdar.info-ya universitetin Beynəlxalq münasibətlər fakultəsinin Dr. öğr. üyesi Elnur Paşa məlumat verib.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov

Onun sözlərinə görə, tədbir Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuuncu ildönümü haqqında”  Sərəncamına uyğun olaraq, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilib. “30-cu ilində Xocalı soyqırımı və Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda keçirilən konfransda Osmaniyə Korkut Ata Universitetinin professor, müəllim və tələbə heyəti, həmçinin müxtəlif qonaqlar iştirak edib.

E.Paşa deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Osmaniyə Korkut Ata Universiteti tərəfindən birgə təşkil olunan tədbirin iştirakçıları öncə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib: “Himnlərin səsləndirilməsindən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olundu. Sonra universitetin Memarliq, dizayn və təsviri sənət fakültəsinin Dr. öğr. üyesi Meyser Kayanın bədii proqram təqdim edildi. Onun tarda ifa etdiyi Qarabağ şikəstəsi duyğulu anlar yaşatdı”.

Bildirilib ki, bədii proqramdan sonra Osmaniyə Korkut Ata Universitetinin rektoru, Prof. Dr. Turqay Uzun açılış çıxışı edib: “Çıxışında şəhidlərimizə Allahdan rəhmət diləyərək, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan rektor T.Uzun Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasının bütün dünya üçün nümunəvi olduğunu bildirdi. Rektor qeyd etdi ki, xalqlarımız dar gündə də, xoş gündə də bir yerdədirlər. Bunun sön örnəyini Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində bir daha gördük. Rekor xalqlarımızın Xocalı soyqırımının acısını əbədiyyətə qədər birlikdə yaşayacaqlarını, bu faciənin günahkarlarının beynəlxalq məhkəmələr tərəfindən layiqli cəzalarını alması üçün birgə addım atılacağını dedi”.

Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalovun XX əsrdə insanlığın üz qarası olan Xocalı soyqırımını erməni faşizminin Azərbaycan və Türkiyədə törətdikləri ağır cinayətlərin ən amansızı olduğunu bildirib: “E.Zeynalov çıxışında iki qardaş ölkənin tarixi köklərindən danışdı. O həmçinin bildirdi ki, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində müxtəlif tədbirlər keçirilir. Bu kampaniya beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı barədə daha geniş məlumatlandırılması məqsədi daşıyır. “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər Xocalı soyqırımının dünya miqyasında siyasi-hüquqi qiymət verilməsi baxımından mütəşəkkil fəaliyyət istiqamətidir”.

E.Zeynalov çıxışında onu da diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında qazandığı tarixi qələbə iki qardaş xalqın birliyinin təntənəsidir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini yüksək dəyərləndirən diplomat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dostluq və qardaşlıq münasibətləri, birgə qərarları, qətiyyətli mövqeləri iki doğma xalqın və ölkənin bərabər inkişafını təmin edir.

Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mərziyə Məmmədli

E.Paşanın sözlərinə görə, konfransda eyni zamanda Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mərziyə Məmmədli geniş məruzə ilə çıxış edib: “Məruzədə bir çox məqamlara geniş şəkildə toxunuldu. Qədim Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, ermənilərin bu bölgəyə köçürülməsi, saxta “böyük Ermənistan” ideologiyası əsasında erməni toplumuna “türk düşmənçiliyi” fikrinin aşılanması barədə danışıldı. Natiq təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsasız şəkildə qaldırdığı ərazi iddiası, Xocalı soyqırımı və s. barədə də ətraflı məlumat verdi”.

Konfransdan sonra iştirakçılar AZƏRTAC-ın arxivində saxlanılan Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.

 

Mission News Theme by Compete Themes.