Press "Enter" to skip to content

Erkən yaşlı gənclərin inkişafı üçün fürsət

Son yeniləmə: 23 Mart 2021 08:01

Bayraqdar.info – Azərbaycanda Heydər Əliyev Sarayının nəzdində “Prodüser Mərkəzi” yaradılıb. Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi 16-22 yaş arasında caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürməkdir.

Bununla bağlı verilən məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək “Prodüser Mərkəzi” həmin gənclərin repertuarlarının hazırlanmasını, səslərinin yazılmasını, vokal dərslərini, səhnə hərəkətlərini, fitnes xidmətini, imic və stilistikasının formalaşmasını, klip çəkilişlərini, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakını təmin etmək istiqamətində fəaliyyət göstərəcək.

Müsabiqədə iştirak etmək istəyənlər +994 050 493-55-11 (whatsApp, Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə video materialı 20 aprel 2021 tarixinədək təqdim etməlidir.

Mission News Theme by Compete Themes.