Press "Enter" to skip to content

Ersin Tatar: Biz dirəndik, Türkiyənin dəstəyi ilə var olduq, var olmağa davam edəcəyik

Bayraqdar.info – Bütün bölümləri Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) çəkilən TRT-nin iddialı “Bir Zamanlar Kıbrıs” serialının qala gecəsi də yavru vətəndə keçirilib

Xəbər verdiyimiz kimi TRT1 Kıbrıs türk xalqının (Kipr türklərinin) azadlıq mübarizəsindən bəhs edən “Bir Zamanlar Kıbrıs” serialını tamaşaçılara təqdim edir. Aprelin 1-də ilk seriyası ekranlara çıxan və ümumilikdə 26 bölümdən ibarət olacaq “Bir Zamanlar Kıbrıs”ın bütün bölümləri KKTC-də çəkilib. Elə filmin qala gecəsi də yavru vətəndə – KKTC-də keçirilib.

Kıbrıslı türklərin rum-yunan zülmünə məruz qaldığı 1963-1974-cü illərdə baş verən hadisələrə işıq tutan serialın qala gecəsində KKTC prezidenti Ersin Tatar, Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuat Oktay, həmçinin TRT İdarə Heyətinin sədri və genel müdiri İbrahim Eren də iştirak edib.

TRTHaber.com-un məlumatına əsasən, qala gecəsində çıxış edn KKTC Prezidenti Ersin Tatar bu serialın Kıbrıs türk xalqının azadlıq mücadiləsi haqqında həqiqətlərin istər Türkiyə, istərsə də dünya ictimaiyyətinə çatdırlması baxımından dəyərli olduğunu deyib. “Biz dirəndik, biz Türkiyənin dəstəyi ilə var olduq, var olmağa davam edəcəyik. Mesaj bu olacaq”, – deyə Tatar əlavə edib.

Öz növbəsində serialı yüksək dəyərləndirən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuat Oktay “Bir Zamanlar Kıbrıs”ın keçmişlə gələcəğə bir körpü olacağını deyib. Vitse-prezident bu serialın gənclərə və uşaqlara Kıbrısın hardan hara gəldiyinin çatdırılması baxımından, həmçinin hazırda adanın gələcəyinə hesablanan 5+BM danışıqlarının getdiyi ərəfədə böyük önəm daşıdığını bildirb.

TRT İdarə Heyətinin sədri və baş müdiri İbrahim Eren isə serialın çəkilişləri üçün hazırlığın bir ilə yaxın davam etdiyini söyləyib. Çıxışında TRT-nin tarixi çəkilişlər strategiyasında Kıbrısa xüsusi önəm verildiyini deyən İbrahim Eren serialda çox üzücü hadisələrin əks olunduğunu, montaj zamanı belə heyətin çətin anlar yaşadığını qeyd edib: “Film yaradıcı heyətinin üzvləri “üç dəfə montaja girdik, üçündə də ağladıq” deyirdilər. Seyr edilməsi asan deyil, zor bir iş. Tamamən duyğu yüklü bir iş”.

Sonda onu da əlavə edək ki, İbrahim Eren serial yayımlanmadan öncə sosial media hesabından aşağıdakı paylaşımı edib: “Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kurucusu ve ilk cumhurbaşkanı Rauf Raif Denktaş’a, mücahitlere ve Mehmetçiğe minnetle…”.

Mission News Theme by Compete Themes.