Press "Enter" to skip to content

KKTC: Diqqət iki dövlətli həll təklifinə yönəldilməlidir

Tahsin Ertuğruloğlu

Tahsin Ertuğruloğlu: Bizə qarşı qeyri-bərabər yanaşma davam etdikcə ortaq məxrəcə gəlinməyəcək

Bayraqdar.info – “Adanın federal dövlət qurulması yolu ilə yenidən birləşdirilməsi fikrinə söykənən və on illərdir davam edən müzakirələri artıq kənara qoymalıyıq. Artıq diqqəti KKTC-nin yeni Cümhurbaşqanı Ersin Tatarın Kıbrıs problemi ilə bağlı iki dövlətli həll təklifinə yönəltməliyik.”

Bunu KKTC-nin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu Pakistanın aparıcı media orqanlarından olan “Daily Islamabad Post”, “Centreline” jurnalı və DNA xəbər agentliyinə verdiyi müsahibədə deyib. Cenevrədə 27-29 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan 5+1 qeyri-rəsmi toplantısı ilə bağlı sualı cavablandıran Tahsin Ertuğruloğlu rum tərəfinin toplantıda AB təmsilçisinin də iştirak etməsi təklifini qəbuledilməz adlandırıb: “Biz AB təmsilçisinin toplantıda iştirakını qəbul etmirik. Rum tərəfi AB üzvüdür və bu qurum daxilində müxtəlif vasitələrlə öz maraqlarını təmin edir. Bu səbəbdən də AB məsələyə bitərəf mövqedən yanaşa bilməz. Toplantı “5+1” olaraq adlandırıldı və “1” BM deməkdir. Yəni, AB-nin bu toplantıda yeri yoxdur. AB rum tərəfini Avrupa Birliyi üzvü kimi qəbul edərək, böyük bir xəta törədib. AB üçün indi xətalarını düzəltmək zamanıdır”.

Danışıqların nəticəsiz tamamlanacağı təqdirdə KKTC-nin tanınması üçün beynəlxalq qurumlara müraciət ediləcəyini deyən Xarici İşlər naziri, “Açıq şəkildə deməliyəm ki, bu müzakirələr nəticəsiz tamamlanarsa, ana vətənimizlə yeni yol xəritəmizi müəyyən etmək üçün oturub danışacağıq. Bilinməlidir ki, bizə qarşı qeyri-bərabər yanaşma davam etdikcə ortaq məxrəcə gəlinməyəcək”, – sözlərini əlavə edib.

Mission News Theme by Compete Themes.