Bayraqdar.info – Türkiyə Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 23-də İstanbulda Türkiyə, Əfqanıstan və Pakistan Xarici İşlər nazirlərinin görüşü olacaq.
Üçtərəfli görüşdə Əfqanıstan sülh prosesi, təhlükəsizlik, enerji, əlaqələndirmə və nizamsız miqrasiya məsələləri müzakirə ediləcək.
Gün ərzində Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun Əfqanıstanlı və Pakistanlı həmkarlarıyla ikili görüşləri də nəzərdə tutulur.