Press "Enter" to skip to content

Qalib ordunun şəxsi heyəti üçün mədəni istirahət

Son yeniləmə: 4 May 2021 13:42

Bayraqdar.info – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşəbbüsü ilə burada şəxsi heyətin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə mayın 1-dən etibarən silsilə konsert proqramları başlayıb.

İdarədən bildirilib ki, tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb.

Məlumatda konsertdə populyar müğənnilərin ifasında musiqi nömrələrinin səsləndirildiyi, milli rəqslərimizin ifa edildiyi və Vətənə məhəbbəti tərənnüm edən şeirlərin oxundugu deyilir.

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyətinin və kursantlarının asudə vaxtını təşkil etmək məqsədilə tanınmış sənətkarlarımızın iştirakı ilə silsilə konsert proqramları bundan sonra da davam etdiriləcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.