Press "Enter" to skip to content

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq

Bayraqdar.info – Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

Bu haqda məlumat Prezident Administrasiyası tərəfindən yayılıb.

Məlumata görə, Sərəncam Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Sərəncamda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə T.Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Eyni zamanda Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Mission News Theme by Compete Themes.