Press "Enter" to skip to content

Milli Kitabxanada electron sərgilər hazırlanıb

Bayraqdar.info – M.F.Axundov ad. Milli Kitabxana Azərbaycan və ingilis dillərində elektron sərgilər hazırlayıb və virtual rejimdə təqdim edib. Sərgilər: “Qarabağ Azərbaycandır!”, “Qarabağ abidələri”, “Qarabağ xalq sənətkarlığı”, “Qarabağ geyimləri”, “Qarabağ xalçaları” adlanır.

Bu barədə mayın 20-də Milli Kitabxanadan xəbər verilib.

Bildirilib ki, Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan “Vətənpərvərlik mahnıları” adlı səs və fortepiano üçün not məcmuəsi də nəşr olunub.

Not məcmuəsinə “Azərbaycan bayrağına”, “Azərbaycan”, “Vətənin övladları”, “Unutmayacağıq da”, “Qələbəyə gedən yollar” və s. səs və fortepiano üçün musiqi əsərləri daxil edilib.

Xəbərdə deyilir ki, bu məcmuələrin bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilməsi təmin edilib.

Mission News Theme by Compete Themes.