Bayraqdar.info – Bu ilin yanvar-aprel aylarında 42 min 400-dək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən onlardan 38 min 217 nəfərinin münasib işlərlə təminatı həyata keçirilib.
İşsiz və işaxtaran şəxslərin kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına isə 4 min 158 nəfər cəlb olunub.
Bu barədə Nazirlikdən bayraqdar.info-ya verilən məlumatda bildirilir.
Sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilərək 2021-ci üzrə peşə hazırlığının təşkili işlərinə başlanıb. 18 işsiz və işaxtaran şəxs dərzi peşəsi üzrə hazırlıq kursuna cəlb olunub.