Press "Enter" to skip to content

Dövlət qulluğunun B kateqoriyası üzrə imtahanlar

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B kateqoriyasına aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə imtahan iyunun 20-də keçiriləcək.

DİM-dən bayraqdar.info-ya bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat mayın 17-dən iyunun 10-dək aparılıb. 1 min 943 namizəd (BA – 552, BB – 1391) qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

Mission News Theme by Compete Themes.