Press "Enter" to skip to content

YARAT-da Kinosevərlər gecəsi keçiriləcək

Bayraqdar.info – Avqustun 2-də Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.

Xəbər bayraqdar.info-ya iyulun 30-da YARAT-dan verilib.

Xəbərdə bildirilir ki, tədbir YARAT Müasir İncəsənət Məkanının qarşısında (çəmənlikdə) saat 20:00-00:00 aralığında baş tutacaq. Yerlərin sayı məhduddur.

Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.

Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Mission News Theme by Compete Themes.