Press "Enter" to skip to content

Ersin Tatar Mehmet Ali Talatın yanlışını aradan qaldırır

“Şəhidlərin xatirələrinin anım mərasimlərinin səviyyələri yüksəldilməli, bu, dövlət mərasimi olmalıdır”

Bayraqdar.info – “Kıbrıs türklərin bu gün bir dövləti varsa, bu şəhidlər sayəsində və bədəl ödəyərək əldə edilib. Bir vətən, bir cümhuriyyət əldə etmiş bir xalq öz keçmişini heç vaxt unutmamalıdır. Xüsusilə də bu mübarizə hələ davam edirsə. Ona görə də hesab edirəm ki, şəhidlərin xatirələrinin anım mərasimlərinin səviyyələri yüksəldilməli, bu, dövlət mərasimi olmalıdır”.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, bunu Cümhurbaşqanı Ersin Tatar Türk Ajansı Kıbrıs-a (TAK) açıqlamasında deyib.

E.Tatar, şəhidlərlə əlaqədar olaraq yerli səviyyədə təşkil edilən bəzi anma mərasimlərinin səviyyəsinin yüksəldilməli olduğunu və şəhidlərin daha geniş iştirakla anılmasının lazım olduğunu söyləyib. İkinci Prezident Mehmet Ali Talat zamanında, bəzi milli mərasimlərin səviyyəsinin daha aşağı səviyyəyə, ilçe valisi səviyyəsinə endirildiyini qeyd edən E.Tatar, bunu yanlış hesab etdiyini bildirib: “Mən hansı vəzifə daşımağımdan aslı olmayaraq hər zaman bu törənlərə qatıldım. Bu gün də Cümhurbaşqanı kimi törənlərə qatılıram və mənimlə birgə parlament sədri, Baş nazir, Təhlükəsizlik Qüvvələri Komandanı və Korpus Komandiri də gəlir. Təbii ki, nazirlər və müavinlər də gəlir. Beləliklə də, həm şəhidlərə, həm şəhid ailələrinə, həm də o bölgədə döyüşən və həyatını təhlükəyə atan insanlara layiq olduqları hörmət göstərilir. Erenköy, Muratağa-Sandallar-Atlılar, Taşkent, Serdarlının qurtuluşuna həsr edilmiş, həmçinin, Qazimaqusa və Lefkedeki bütün mərasimlərə qatıldım və bir çıxış etdim. Hökumətə fikir verdim ki, bu bir dövlət mərasimi olsun. Bunun üçün bəzi qanun dəyişikliyi tələb olunur. Ancaq heç bir dəyişiklik olmasa belə, bu cür anım tədbirlərində iştirak etməyə davam edəcəyəm.”

Mission News Theme by Compete Themes.