Press "Enter" to skip to content

“Vaqif” operası ilk dəfə fləş-kardda və bütün musiqi platformalarında

Son yeniləmə: 31 Avqust 2021 09:38

Bayraqdar.info – Bəstəkar Ramiz Mustafayevin Molla Pənah Vaqifin xatirəsinə həsr olunmuş “Vaqif” operası fləş-kardda və bütün musiqi platformalarında işıq üzü görüb.

Bu barədə avqustun 30-da bayraqdar.info-ya Heydər Əliyev Sarayının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı, dirijor Əyyub Quliyevin rəhbərliyilə ərsəyə gəlmiş “Vaqif” operası dinləyicilərə təqdim edilir.

Öz növbəsində baş rolun (Vaqif) ifaçısı, Əməkdar artist Ramil Qasımov deyib ki, bu il Şuşanın mədəniyyət paytaxtı elan edilməsi hər bir mədəniyyət xadiminə böyük ruh yüksəliyi verib: “Eyni zamanda avqustun 29-da ölkə rəhbərliyinin iştirakı ilə Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı bütövlükdə Azərbaycan ədəbiyyatına, musiqisinə və elminə göstərilən dəyərdir”.

Ramil Qasımov həmçinin qeyd edib ki,Vaqif operasını bütün musiqi platformalarında təbliğ etməkdə məqsəd müxtəlif ölkələrdə klassik musiqimizin tanıdılmasıdır.

Vurğulanıb ki, rəqəmli şəkildə çap olunmuş operanın pandemiyadan sonrakı dönəmdə təqdimat mərasiminin keçirliməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.